Voleybolçularımız Çin çempionatında medal qazandı
09.01.2023 - 10:37
Voleybolçularımız Çin çempionatında medal qazandı

Azərbaycan millisinin voleybolçuları Odina Əliyeva və Mariya Kirilyuk Çin çempionatında çıxışlarını başa vurublar.

Apasport.az saytı xəbər verir ki, yığma üzvlərinin şərəfini qoruduğu "Şenzen Jonqsay" üçüncü yer uğrunda "Fujian" klubu ilə qarşılaşıb. 

İki qələbəyə kimi keçən mübarizədə 3:2 (25:22, 16:25, 23:25, 25:22, 15:8) və 3:1 (17:25, 25:22, 25:21, 25:22) hesabı ilə qalib gələn Əliyeva və Kirilyukun komandası çempionatın bürünc medalına sahib çıxıb.
 

0