“Xarı Bülbül Şuşa” ilk pilləyə yüksəldi
13.12.2023 - 23:34
“Xarı Bülbül Şuşa” ilk pilləyə yüksəldi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında bu gün bir oyun keçirilib.

Apasport.az xəbər verir ki, “Xarı Bülbül Şuşa” Voleybol mərkəzində “Xarı Bülbül Laçın”la qarşılaşıb.

Son turda məğlub olan nominal ev sahibləri inamlı qələbə qazanıblar. 4 set sürən oyunda qazanılan 3 xal “Xarı Bülbül Şuşa”nı yenidən liderliyə yüksəldib. “Xarı Bülbül Laçın” isə 4-cü oyunda üçüncü məğlubiyyəti alıb.

Yüksək Liqa

Kişilər
13 dekabr
“Xarı Bülbül Şuşa” – “Xarı Bülbül Laçın” - 3:1 (25:18, 19:25, 25:22, 25:22)
GİN-in Voleybol Mərkəzi

0