“Xarı Bülbül Şuşa” liderliyə yüksəldi
07.12.2023 - 23:35
“Xarı Bülbül Şuşa” liderliyə yüksəldi

Bu gün kişi voleybolçular arasında ölkə çempionatında 2 oyun keçirilib.

Apasport.az xəbər verir ki, mərkəzi görüşdə “Xarı Bülbül Şuşa” “Azərreyl”i sınağa çəkib.

Məğlub olmayan kollektivlərin qarşılaşmasında nominal ev sahibləri qələbə qazanıb. “Xarı Bülbül Şuşa” rəqibini 3:1 hesabı ilə məğlub edib. "Azərreyl" isə mövsümdə ilk dəfə meydandan xalsız ayrılıb.

“Murov AZ Terminal” – MOİK qarşılaşmasında birincilər asan qələbə qazanıb.

Nəticədə “Xarı Bülbül Şuşa” lider kürsüsünəl yüksəlib. "Azərreyl" ikinci pilləyə düşdüyü halda, “Murov AZ Terminal” üçüncü yeri “özəlləşdirib”.

Yüksək Liqa
7 dekabr


“Xarı Bülbül Şuşa” - “Azərreyl” - 3:1 (25:17, 22:25, 25:19, 25:16)
Bakı. Voleybol Mərkəzi

MOİK - “Murov AZ Terminal” - 0:3 (17:25; 13:25; 17:25)
Bakı. “Murov Az Terminal”ın idman zalı

0