"Xarı Bülbül Şuşa" “Panatinaikos”la bacarmadı
22.11.2023 - 00:02
"Xarı Bülbül Şuşa" “Panatinaikos”la bacarmadı

Kişi voleybolçulardan ibarət Azərbaycanın “Xarı Bülbül Şuşa” klubu növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, təmsilçimiz Çelenc Kubokunda meydana çıxıb.

Şuşa klubu Yunanıstanın “Panatinaikos” komandası ilə qarşılaşıb. Bakıdakı Voleybol Mərkəzində keçirilən qarşılaşma Yunanıstan komandasının 3:0 (25:20, 25:17, 25:20) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Xarı Bülbül Şuşa"nın növbəti qarşılaşması “Xarı Bülbül Laçın” klubu ilə olacaq. Saat 19:00-da başlayacaq bu oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

0