“Xarı Bülbül Şuşa” yunanlara qarşı
21.11.2023 - 11:14
“Xarı Bülbül Şuşa” yunanlara qarşı

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu bu gün növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, təmsilçimiz Çelenc kubokunda 1/16 final mərhələsinin ilk oyununa çıxacaq.

Ziya Rəcəbovun baş məşqçisi olduğu komanda Yunanıstanın “Panatinaikos” klubu ilə üz-üzə gələcək. Qarşılaşma  Bakıda Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, təmsilçimiz 1/32 finalda Slovakiyanın “Spartak Trnava” klubunu mübarizədən kənarlaşdırıb.

Çelenc kuboku, 1/16 final
İlk oyun, 21 noyabr
19:00. “Xarı Bülbül Şuşa” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan)

Voleybol Mərkəzi
 

0