"Xarı bülbül" və "Murov"dan quru hesablı qələbə - FOTO
17.02.2023 - 21:35
"Xarı bülbül" və "Murov"dan quru hesablı qələbə - FOTO

Bu gün  kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.  

Apasport.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan VIII turun ilk matçı “Neftçi” və “Xarı bülbül” komandaları arasında olub. 

Günün ilk qarşılaşmasında qalib 3 hissədə müəyyən olunub. İlk hissədə 25:22 hesabı ilə qalib gələn Şuşa klubu növbəti setlərdə də rəqibindən daha yaxşı oynayaraq qarşılaşmanın hesabını rəsmiləşdirib – 3:0 (25:22, 25:20, 25:18).

Turun son matçında isə MOİK “Murov”la üz-üzə gəlib. Oyun “Murov”un 25:13 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:18 və 25:08 hesabları ilə qalib gələn “Murov” matçı qələbə ilə başa vurub – 3:0. 

Beləliklə, “Murov” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. 12 xala malik “Xarı bülbül” 2-ci, 9 xalla “Neftçi” 3-cü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

VIII tur
“Neftçi” – “Xarı bülbül” 0:3 (22:25, 20:25, 18:25)
MOİK – “Murov” 0:3 (13:25, 18:25, 08:25)

0