"Xarı Bülbül"dən qələbə
31.01.2023 - 20:19
"Xarı Bülbül"dən qələbə

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan “Neftçi” – “Xarı bülbül” oyunu keçirilib. 

Apasport.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Xarı bülbül” komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:21 hesabı ilə qalib gələn Şuşa klubu sonrakı setləri də aktivinə yazıb – 25:23, 25:20. 

Turun və I dövrənin son matçından sonra “Murov” 9 xalla turnir cədvəlinə liderlik edir. Bu gün qalib gələn “Xarı bülbül” 6 xalla 2-ci, hesabında 3 xalı olan “Neftçi” 3-cü, xalı olmayan MOİK isə sonuncu pilləni tutur. 

31 yanvar
Yüksək Liqa (kişilər)
II tur ( təxirə salınan oyun)

“Neftçi” – “Xarı bülbül” 0:3 (21:25, 23:25, 20:25)

0