[b]“Onların hər birinə qarşı layiqli müqavimət göstərdik” - Eldar Yusubov[/b]
27.03.2017 - 20:31
[b]“Onların hər birinə qarşı layiqli müqavimət göstərdik” - Eldar Yusubov[/b]

“Hazırlığa bir qədər gec başladıq. Lakin buna baxmayaraq, yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un baş məşqçisi Eldar Yusubov deyib.

 

Təcrübəli mütəxəssis “Azəryol”a tarixində ilk medalı qazandırmasının sevincini bölüşüb. O bildirib ki, komandanın üçüncü yeri tutması voleybolçuların əziyyətlərinin bəhrəsidi: Bizdən yüksək yer tutan “Telekom”la “Azərreyl”ə Çempionlar Liqasında oynamış komandalardı. Amma komandamız onların hər birinə qarşı layiqli müqavimət göstərdi. İnanıram ki, gələn il daha yaxşı olacaq”.

 

“Rabitə” ilə Azərbaycan çempionu titulunu da qazanan Yusubov “İdman Azərbaycan”a açıqlamasında yeni illə bağlı qərarın hələ verilmədiyini və bunun “Azəryol” rəhbərliyinin səlahiyyətində olduğunu söyləyib.