Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unda bütün cütlüklər bəlli olub. Apasport.az saytının məlumatına görə, 1/4 final görüşlərindən sonra mübarizəni davam etdirəcək son 2 komandanın adı da rəsmiləşib.
Belə ki, ilk qarşılaşmada “Ştiinta”ya (Rumıniya) 3:0 hesabı ilə qalib gələn “Dinamo” (Krasnodar, Rusiya) cavab matçında da rəqibinə şans verməyib – 3:1. Rusiya təmsilçisi bununla da Bakının “Azəryol” klubuna potensial rəqib olub. Çünki hər 2 komanda mərhələ adlayarsa, yarımfinalda bir-biri ilə üz-üzə gələcək.
Almaniyanın “Şveriner” klubu da sensasiyaya imkan verməyib. Səfərdə “Ximik”ə (Ukrayna) 3:0 hesabı ilə qalib gələn komanda evdə rəqibini 3:1 hesabı ilə məğlub edib.
“Çelenc raund”
1. “Qalatasaray” (Türkiyə) - “İmpel” (Polşa)
2. “Şveriner” (Almaniya) – “Alba” (Rumıniya)
3. “Dinamo” (Krasnodar, Rusiya) - “Ştutqart” (Almaniya)
4. “Azəryol” (Azərbaycan) - “Novara” (İtaliya)
1/2 final
5. 1-ci cütün qalibi – 2-ci cütün qalibi
6. 3-cü cütün qalibi – 4-cü cütün qalibi
Final
5-ci cütün qalibi – 6-cı cütün qalibi
Qeyd edək ki, “Çelenc raund”un oyunları fevralın 9-11-i və 23-25-i aralığında olacaq. Yarımfinal görüşü martın 8-də və 14-də, final matçları isə martın 29-da və aprelin 2-də keçiriləcək.
- CEV-in İdarə Heyətinin ilk iclası keçirilib
- Azərbaycan çempionatı: I dövrənin cütləri müəyyənləşib
- Voleybol üzrə ölkə kubokunun 2024/25 mövsümünün püşkü atılıb
- Şahin Bağırov: "Çimərlik voleybolunun inkişafını prioritet məsələ kimi qarşımıza qoymuşuq"
- "Misli"dən voleybola böyük dəstək – AVF ilə müqavilə imzalandı