[b]“Azərbaycanda keçirəcəyim mövsüm Serbiya millisinə çağırılmağıma təkan verəcək”[/b]
23.09.2016 - 17:16
[b]“Azərbaycanda keçirəcəyim mövsüm Serbiya millisinə çağırılmağıma təkan verəcək”[/b]

“İlkin danışığımız olduqdan sonra bir müddət yekun qərarı gözlədim. Sonda hər şey ən yaxşı nəticə ilə başa çatdı”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in yeni transferi Danitsa Radenkoviç deyib.

 

24 yaşlı toppaylayıcı Bakı klubuna transferini şərh edib. O, yeni mövsümün komandası üçün  uğurlu alınacağına inam ifadə edib:

“Yeni klubumun artıq 4 yeni voleybolçunu da heyətinə qatdığını bilirəm. Bundan sonra legionerlərin komandaya cəlb olunub və ya olunmayacağını zaman göstərəcək. Düşünürəm ki, “Azərreyl”də hər şey yaxşı olmadı. Ən böyük rəqibimiz “Telekom”du ki, bu da sabiq “Rabitə”di. Komandanı həmyerlimiz Zoran Qayiç çalışdırır. Həmin komandada Sladyana Mirkoviçlə Aleksandra Petroviç də çıxış edir. Onlarla görüşü səbirsizliklə gözləyirəm. Hesab edirəm ki, qarşıdakı mövsüm bizim üçün uğurlu alınacaq. Yeni komandamla ilk məşqə çıxmaq üçün can atıram. Ümid edirəm ki, burda yüksək səviyyədə keçirəcəyim mövsüm yenidən Serbiya millisinə çağırılmağıma təkan verəcək”.

 

Qeyd edək ki, “Azərreyl” Super Liqa ilə yanaşı, Çempionlar Liqasında da oynayacaq.

0