Türkiyədə qadın voleybolçular arasında keçiriləcək Cengiz Göllünün xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanı bu yarışda təmsil edəcək “Azərreyl” ilk qarşılaşmasına oktyabrın 5-də çıxacaq.
Yeni baş məşqçi Famil Ağayev ilk cəhdində ev sahibi “Bursa Böyükşəhər Bələdiyyəspor”la üz-üzə gələcək. Oktyabrın 8-də istirahət edəcək Bakı təmsilçisi son görüşünü “Olimpiakos”a (Yunanıstan) qarşı keçirəcək.
5 oktyabr
16:30. “Proton” (Rusiya) – “Maritsa” (Bolqarıstan)
19:00. “Azərreyl” (Azərbaycan) – “Bursa Böyükşəhər Bələdiyyəspor” (Türkiyə)
6 oktyabr
16:30. “Proton” (Rusiya) – “Azərreyl” (Azərbaycan)
19:00. “Olimpiakos” (Yunanıstan) – “Bursa Böyükşəhər Bələdiyyəspor” (Türkiyə)
7 oktyabr
16:30. “Maritsa” (Bolqarıstan) - “Azərreyl” (Azərbaycan)
19:00. “Proton” (Rusiya) – “Olimpiakos” (Yunanıstan)
8 oktyabr
16:30. “Maritsa” (Bolqarıstan) - “Olimpiakos” (Yunanıstan)
19:00. “Bursa Böyükşəhər Bələdiyyəspor” (Türkiyə) –
“Proton” (Rusiya)
9 oktyabr
16:30. “Azərreyl” (Azərbaycan) - “Olimpiakos” (Yunanıstan)
19:00. “Bursa Böyükşəhər Bələdiyyəspor” (Türkiyə) – “Maritsa” (Bolqarıstan)