[b]“Azərreyl” yığmamızın daha bir üzvü ilə müqavilə bağladı[/b]
19.09.2016 - 12:21
“Azərreyl” növbəti transferi rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “dəmiryolçular” yığmamızın blokçusu Aynur Kərimovanı rənglərinə bağlayıblar.
28 yaşlı voleybolçu ilə 1 illik razılıq əldə olunub. O, sabiq komandası “Azəryol”dan qayıdıb.
Karyerası bu 2 klubla bağlı olan Kərimova 2007-ci ildən yığmamızda oynayır.
Qeyd edək ki, “Azərreyl” Aynurdan öncə millimizin digər blokçusu Ayşən Abduləzimova və liberosu Ceyran Əliyeva ilə müqavilə bağlamışdı.
0
0