[b]“Azərreyl”də daha bir rəsmi müqavilə - FOTO[/b]
21.09.2016 - 14:33
[b]“Azərreyl”də daha bir rəsmi müqavilə - FOTO[/b]

“Azərreyl” daha bir voleybolçu ilə danışıqları yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” “Azəryol”dan 3-cü oyunçunu transfer ediblər.

 

Belə ki, Aynur Kərimova və Ceyran Əliyevanın ardınca Şəfaqət Həbibova da “Azərreyl”lə müqavilə imzalayıb. Yığmamızın da şərəfini qoruyan toppaylayıcı 2016/2017 mövsümündə bu komandanın uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, “Azərreyl” bu 3 oyunçu ilə yanaşı, Ayşən Abduləzimova və Anastasiya Qurbanovanı transfer edib, Valeriya Məmmədova ilə müqaviləni uzadıb. Həmçinin baş məşqçi postu Famil Ağayevə həvalə olunub.

 

0