[b]“Azərreyl”də sürpriz baş məşqçi![/b]
19.09.2016 - 18:42
[b]“Azərreyl”də sürpriz baş məşqçi![/b]

“Azərreyl” 2016/2017 mövsümünə yeni baş məşqçi ilə başlayacaq. Apasport.az saytının məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “dəmiryolçular”ın “sükanı arxasına” sürpriz çalışdırıcı gətirilib.

 

Belə ki, “Azərreyl” komandanın ikinci məşqçisi Famil Ağayevə həvalə edilib. 2011-ci ildən məşqçilik fəaliyyətinə başlayan mütəxəssislə 1 illik razılıq əldə olunub. Onun qarşısında əsas şərt kimi beynəlxalq arenada uğurlu çıxış qoyulub.

 

30 yaşlı Ağayev bu postda ötən il birgə çalışdığı türkiyəli Bülənt Karslıoğlunu əvəzləyib.

 

Düzdü, son mövsümdə çempion olan komandanın Vüqar Əliyevə tapşırılması da gündəmdə idi. Lakin görünür ki, klub rəhbərliyi ilə bir qədər təcrübəli mütəxəssisin fikri üst-üstə düşməyib.

 

Qeyd edək ki, maliyyə durumu bir qədər yaxşı olmayan “Azərreyl” hələlik yerli voleybolçularla anlaşıb. Çempion “Azəryol”dan Ayşən Abduləzimovanı, Ceyran Əliyevanı və Aynur Kərimovanı transfer edib.

0