[b]“Azəryol”dan tarixi uğur[/b]
25.02.2017 - 11:21
[b]“Azəryol”dan tarixi uğur[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında mükafatçıların adları bəlli olub. Apasport.az saytının məlumatına görə, dünən keçirilən yeganə oyun ilk üç yerin sahibini müəyyənləşdirib.

 

Belə ki, “Azəryol”un Gürcüstan üzərində 3:0 hesablı asan qələbəsindən sonra “üçlük” izləyiciləri üçün əlçatmaz olub. Bu qələbə sayəsində bakılılar xal hesabını 22-yə çatdırıb.

 

4-cü pillədə qərarlaşan “Lokomotiv” isə cəmi 6 xala malikdi. Hələ qarşıda 5 oyunu olan “dəmiryolçular” bütün görüşləri asan qələbə ilə baş vursa, aktivinə 15 xal əlavə edəcək. Bu da onların maksimum 21 xal toplaması deməkdi.

 

Bir sözlə, “Telekom”la “Azərreyl”in ardından “Azəryol” da çempionatın mükafatını təmin edib. Bu üç komandanın hansının qızıl, hansının gümüş qazanacağı, bürüncün kimə nəsib olacağı qarşıdakı matçlarda bəlli olacaq.

 

Ötən mövsümün finalçıları olan “Telekom”la “Azərreyl” üçünqazanılacaq medal kolleksiyada növbəti uğur olacaq. “Azəryol” isə tarixində ilk dəfə “üçlük”də qərarlaşıb. Gürcüstan üzərində qələbə ilə tarixi uğuru rəsmiləşdirən paytaxt təmsilçisi indiyədək medalçıların sırasına düşməmişdi.

 

1

Telekom

12

11

1

33-14

1096-877

29

2

Azərreyl

11

8

3

30-11

939-741

26

3

Azəryol

13

7

6

27-18

1003-873

22

4

Lokomotiv

11

2

9

7-28

585-829

6

5

Gürcüstan

9

0

9

1-27

392-695

0