[b]“Azəryol”un bombardiri Rumıniyada ən yaxşı oldu[/b] - FOTO
29.10.2015 - 09:52
[b]“Azəryol”un bombardiri Rumıniyada ən yaxşı oldu[/b] - FOTO

Qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Tarqovitse” (Rumıniya) - “Azəryol” (Azərbaycan) matçının ən yaxşıları bəlli olub. Apasport.az saytının məlumatına görə, meydan sahibləri 3:0 (25:19, 25:19, 30:28) hesabı ilə qalib gəlsə də, qarşılaşmanın bombardiri Bakı klubunun üzvü olub.

 

Belə ki, Katerina Jidkova görüşdə hamıdan çox – 16 xal əldə edib. Onun komanda yoldaşı Malika Kanthonq 15 xal qazanıb. Meydan sahiblərinin ən yaxşısı olan Sobo isə 14 xalla matçın 3-cüsü olub.

 

Hücumda Jidkova 13, Kanthonq 12, Stefani Niemer 8 xal yığaraq ilk “beşlik”də qərarlaşıblar. Bundan başqa, Malika 2 eys, Katerina ilə Stefani hərəyə 3 blok xalı ilə də fərqləniblər.

 

Qeyd edək ki, Rumıniyada keçirilən görüş 91 dəqiqə davam edib.

0