Sabah qadın voleybolçular arasında CEV kubokunda yaranan fasilə başa çatacaq. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinə start veriləcək.
Ölkəmizi bu yarışda təmsil edən “Azəryol” meydana ilk oyun günüdə çıxacaq. Komandamız Polşada “Mişuna”nın qonağı olacaq.
Qarşılaşmada aşkar favorit olmasa da, Ziya Rəcəbovun yetirmələri səfərdə uğurlu nəticəyə ümid edirlər. Çünki gənc mütəxəssisin gəlişindən sonra oyununda dönüş yaradan və avrokubokda məğlubiyyət acısı yaşamayan “yolçəkənlər” Polşadan da uğurlu nəticə ilə dönmək arzusundadı.
Lakin Mişinada bu heç də asan olmayacaq. Ölkə çempionatının bürünc medalçısı, hazırda 6-cı pillədə qərarlaşan Boqdan Servinsikinin komandası da CEV kubokunda nailiyyət qazanmaq iddiasındadı. Heyətində əsasən yerli voleybolçular oynayan “Muşina” evdə qalib gələcəyi halda belə ciddi üstünlük əldə etməyəcək.
Çünki komandalar arasında cavab oyunu yanvarın 26-da Bakıda olacaq və “Azəryol”un yerli publika qarşısında uduzacağı inandırıcı deyil.
CEV kuboku
1/4 final, ilk oyun
23:30. “Muşina” (Polşa) – “Azəryol” (Azərbaycan)
Hakimlər: Aleksandr Pavlov (Rusiya), Enqborq Kleyn Morten (Danimarka)
Muşina, İdman Sarayı