“Biz qarşılaşmanın gedişatını dəyişərək, qələbə qazandığımız üçün çox sevincliyik. Əlbəttə, bu, növbəti mərhələ yolunda ilk addımdı”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Muşina” klubunun voleybolçusu Karolina Çiaşkeviç-Laç deyib.
Komandasının 36 yaşlı kapitanı CEV kubokunun 1/4 final mərhələsində “Azəryol”la ilk oyundan danışıb. O bildirib ki, evdə 3:2 hesabı ilə qələbə qazansalar da, səfərdə eyni uğuru təkrarlamaq asan olmayacaq: “Bizi Bakıda çox çətin oyun gözləyir. Ümid edirəm ki, səfər görüşündə də inamlı təsir bağışlayacağıq. Komandada motivasiya çox yüksəkdi və məqsədimiz mərhələ adlamaqdı”.
Qeyd edək ki, “Azəryol” “Muşina”nı yanvarın 26-da qəbul edəcək.