[b]“Levski” yığmamızın hücumçusu üçün Türkiyəyə gələcək[/b]
11.10.2016 - 17:35
Türkiyənin “Çanakkale Belediyyespor” klubunun “Çelenc Cup”da rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu komanda Bolqarıstan “Levski” ilə üz-üzə gələcək.
1/16 final mərhələsinə təsadüf edəcək qarşılaşma dekabrın 13-15-də olacaq. Komandaların ikinci görüşü isə yanvarın 10-12-də təşkil ediləcək.
Qeyd edək ki, “Çanakkale Belediyyespor” Balkan Kubokunu qazanmaqla, avrokuboka vəsiqə qazanıb.
0
0