[b]“Lokomotiv” hələ də “İqtisadçı”ya çata bilmir[/b]
09.04.2016 - 20:32
[b]“Lokomotiv” hələ də “İqtisadçı”ya çata bilmir[/b]

“Lokomotiv” qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2015/16 mövsümünü bürünc medalla başa vurub. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” buna  “Azəryol” üzərində qələbə qazanmaqla nail olublar.

 

Final seriyasının hər 3 oyununda rəqibinə qalib gələn “Lokomotiv” 5-ci dəfə fəxri kürsüyə çıxıb. Bununla ikinci dəfə bürünc mükafata layiq görülən komanda 3 dəfə də “gümüş”ü boynundan asıb.

 

“Loko” həm də tarixin yaddaşına qovuşmuş “Rabitə” və son çempion “Azərreyl”dən sonra ən çox medal əldə edən 3-cü komanda ünvanına yiyələnib.

 

Medal sayı baxımından tarixin yaddaşına köçmüş digər komanda “İqtisadçı”nı geridə qoyan “dəmiryolçular” yalnız “bürünc” sayında onlardan hələ geri qalır. Çünki “İqtisadçı” aktivinə 3 bürünc medal yazdırıb.

 

 

Mövsüm

Qızıl

Gümüş

Bürünc

2008/2009

Rabitə

Azərreyl

Lokomotiv

2009/2010

Rabitə

Lokomotiv

İqtisadçı

2010/2011

Rabitə

Azərreyl

İqtisadçı

2011/2012

Rabitə

Lokomotiv

Bakı

2012/2013

Rabitə

İqtisadçı, Azərreyl

 

2013/2014

Rabitə

Azəryol

İqtisadçı

2014/2015

Rabitə

Lokomotiv

Azəryol

2015/2016

Azərreyl

Telekom

Lokomotiv

 

0