[b]“Lokomotiv”də “yarpaq tökümü” başladı[/b]
20.04.2016 - 11:46
[b]“Lokomotiv”də “yarpaq tökümü” başladı[/b]

“Lokomotiv”də “yarpaq tökümü”nə start verilib. Apasport.az saytının məlumatına görə, voleybolçulara 800 min dollara yaxın borcu olan Super Liqanın bürünc medalçısının sıralarını tərk edən ilk oyunçunun adı dəqiqləşib.

 

Mövsümün əvvəlində tarixin yaddaşına qovuşan “Rabitə”ni “Lokomotiv”ə dəyişən Brenda Kastillo karyerasını Braziliyada davam etdirəcək. O, dünyanın ən güclü çempionatlarından sayılan Superliqa təmsilçisi “Bauru” ilə razılığa gəlib. 24 yaşlı dominikalı liboro artıq 1 illik müqaviləyə də imza atıb.  

 

Qeyd edək ki, dünya çempionatının ən yaxşısı olan Kastillo 2012-ci ildən Azərbaycanda çıxış edir. “Rabitə” ilə 3 dəfə Azərbaycan çempionu olan Brenda “Lokomotiv”lə 3-cü yeri tutub. O, ölkəmizdə çıxış etdiyi illərin hamısında mövsümün simvolik komandasında yer alıb.

 

“Ən yaxşı libero” və “Ən yaxşı müdafiəçi” nominasiyasının qalibi olub. Həmçinin, “Rabitə” ilə 2 dəfə Çempionlar Liqasının “Dördlər finalı”nda oynayıb, 1 gümüş və 1 bürünc medal qazanıb.

 

0