“Biz görüşə tam köklənməliyik. Məşqlərdə nümayiş etdirdiyimiz oyunu ortaya qoymaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Bülənt Karslıoğlu deyib.
Türkiyəli mütəxəssis Çempionlar Liqasının V turu çərçivəsində keçiriləcək “Lokomotiv”lə oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, Bakı klubu ilə ilk görüşdə 1:3 hesabı ilə uduzsalar da, bu dəfə revanş almaq arzusundadılar.
Türkiyəli mütəxəssisin sözlərinə görə, yanvarın 19-na təsadüf edəcək oyunda komandasını yalnız qələbə haqda düşünür: “Var qüvvəmizlə çalışacağıq ki, komandamızın bütün potensialını nümayiş etdirək. Bu yolda rəqibin kimliyinin bizim üçün fərqi yoxdu”.
Qeyd edək ki, görüş saat 18:00-da başlayacaq.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər