Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Telekom” Bakını tərk edib. Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş medalçısı Türkiyəyə yollanıb.
Səfərdə məqsəd İstanbulda təşkil olunacaq beynəlxalq “Boğaziçi” turnirində iştirakdı. Yarışda Bakı təmsilçisi ilə yanaşı, daha 5 klub yeni mövsüm üçün oyunçularını sınaqdan keçirəcək. Qonşu ölkədə yerli komandalardan “Əczaçıbaşı”, “Beşiktaş”, “Çanakkale Bələdiyyəsi”, “Halkbank” və “Sarıyer Bələdiyyəsi” Zoran Qayiçin yetirmələrinin rəqibləri olacaq.
A qrupunda yer alan “Telekom” “Sarıyer Bələdiyyəsi” və “Beşiktaş”la münasibətinə aydınlıq gətirəcək. Sabah başlayacaq yarışda ilk 2 yerin sahibləri yarımfinala yüksələcək. Qalibin adı oktyabrın 2-də müəyyənləşəcək.
Yarışın təqvimi
A qrupu: “Telekom”, “Sarıyer Bələdiyyəsi”, “Beşiktaş”
B qrupu: “Əczaçıbaşı”, “Çanakkale Bələdiyyəsi”, “Halkbank”
28 sentyabr
I tur
18:00. “Telekom” - “Beşiktaş”
20:00. “Əczaçıbaşı” - “Çanakkale Bələdiyyəsi”
29 sentyabr
II tur
18:00. “Sarıyer Bələdiyyəsi” - “Beşiktaş”
20:00. “Halkbank” - “Çanakkale Bələdiyyəsi”
30 sentyabr
III tur
18:00. “Sarıyer Bələdiyyəsi” - “Telekom”
20:00. “Halkbank” - “Əczaçıbaşı”
1 oktyabr
15:00. A3 – B3
17:00. A1 – B2
19:00. B1 – A2
2 oktyabr
11:00. A3 – B3
13:00. 3-cü yer uğrunda
15:00. Final
Qeyd edək ki, yarışın ardınca - oktyabrın 3-də Belqrada gedəcək “Telekom” ayın 14-dək burada Azərbaycan çempionatının mükafatçısı olan Draqutin Baltiçin çalışdırdığı “Vizura” ilə birgə hazırlıq keçəcək. Komandamız “Partizan”ın xələfi ilə bir neçə yoxlama matçı da oynayacaq. “Telekom” Bakıya oktyabrın 14-də qayıdacaq.