Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, XVII tur çərçivəsində baş tutan görüşdə “Gənclik” “Telekom”u qəbul edib.
Çempionatın potensial lideri olan Zoran Qayiçin yetirmələri rəqibini meydançaya çıxmağa peşman edib. Belə ki, 3 setdə gənclərə cəmi 35 xal qazanmaq imkanı verən “Telekom” 2-ci setdə qeyri-adi nəticəyə imza atıb.
Belə ki, bu hissədə 25:2 hesabı qeydə alınıb. Bir komandanın set ərzində bu qədər az xal toplaması nadir təsadüf olunan hadisələrdəndi. “Telekom” da rəqibinə bu acınacaqlı məğlubiyyəti yaşadıb. Voleybol Federasiyasının idman zalında təşkil edilən oyundakı qələbədən sonra Qayiçin yetirmələri turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.
30 yanvar
XVII tur
17:00. “Gənclik” – “Telekom” – 0:3 (17:25; 2:25; 16:25)
Voleybol Federasiyasının idman zalı
İlk dövrə: “Telekom” – “Gənclik” - 3:0 (25:16, 25:15, 25:12)
İkinci dövrə: “Telekom” – “Gənclik” - 3:0 (25:17, 25:19, 25:15)
Yer |
Komanda |
O |
Q |
M |
3:0 |
3:1 |
3:2 |
2:3 |
1:3 |
0:3 |
S/F |
T/F |
X |
1 |
Telekom |
11 |
9 |
2 |
5 |
3 |
1 |
0 |
1 |
1 |
28-11 |
907-744 |
26 |
2 |
Azərreyl |
11 |
8 |
3 |
7 |
1 |
0 |
1 |
1 |
1 |
27-10 |
878-655 |
25 |
3 |
Lokomotiv |
11 |
7 |
4 |
6 |
1 |
0 |
1 |
1 |
2 |
24-13 |
852-708 |
22 |
4 |
Azəryol |
9 |
5 |
4 |
3 |
1 |
1 |
1 |
3 |
0 |
20-15 |
802-747 |
15 |
5 |
Gənclik |
12 |
3 |
9 |
2 |
0 |
1 |
0 |
0 |
9 |
9-29 |
663-886 |
8 |
6 |
Tbilisi |
9 |
0 |
9 |
0 |
0 |
0 |
0 |
0 |
9 |
0-27 |
348-675 |
0 |