[b]NBA: “Hyuston” və “Yuta” yarımfinalın bir addımlığında - VİDEO[/b]
24.04.2018 - 09:41
[b]NBA: “Hyuston” və “Yuta”  yarımfinalın bir addımlığında - VİDEO[/b]

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsinin ilk turu davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 2 qarşılaşma keçirilib.

 

Qərb konfransında müntəzəm çempionatı lider kimi bitirən “Hyuston Rokets” səfərdə “Minnesota Timbervulvz”u məğlub edərək, ikinci tura daha da yaxınlaşıb. Digər oyunda isə “Yuta Caz” “Oklahoma-Siti Tander” üzərində növbəti qələbəsini qazanıb.

 

NBA

Pley-off, ilk tur

Qərb konfransı

 

“Minnesota Timbervulvz” – “Hyuston Rokets” – 100:119

“Minnesota”: Tauns (22 xal, 15 ribaund, 2 assist)

“Hyuston”: Harden (36 xal, 4 ribaund, 3 assist, 4 top oğurlama, 1 blok)

Seriyada hesab: 3-1 (“Hyuston”)

 

 

“Yuta Caz” – “Oklahoma-Siti Tander” – 113:96

“Yuta”: Mitçell (33 xal, 7 ribaund, 4 assist, 1 blok)

“Oklahoma-Siti”: Corc (32 xal, 6 ribaund, 2 assist, 2 top oğurlama)

Seriyada hesab: 3-1 (“Yuta”)