[b]Almaniya yığmamızla oyuna yeni heyətlə çıxır[/b]
15.09.2017 - 10:40
[b]Almaniya yığmamızla oyuna yeni heyətlə çıxır[/b]

Qadın voleybolçulardan ibarət Almaniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avro-2017-də yığmamızın rəqibi olan Bundestimin baş məşqçisi Feliks Kozlovski güvənəcəyi “14-lüy”ü müəyyənləşdirib.

 

O, təcrübəlilərin və ölkə xaricində oynayan voleybolçuların əksəriyyətindən imtina edib. Kozlovskinin ölkəmizə gətirəcəyi heyətin 50 faizi – 7 nəfəri Avropa çempionatında debüt görüşünə çıxa bilər. Bunlar İrina Kemmisi, Mari Şoeltsel, Liza Qründinq, Leoni Şvertmann, Luiza Lippmann, Tanya Qrosser və Anna Poqanidi. Komandada orta yaş həddi isə 24,6-dı.

 

Almanlar Bakıya sentyabrın 20-də gələcəklər.

 

Toppaylayıcılar: Deniz Hanke (“Şverin”), İrina Kemmisi (“Viesbaden”)

Blokçular: Mari Şoeltsel (“Şverin”), Cennifer Pettke, Leoni Şvertmann (hər ikisi “Rote Raben”), Liza Qründinq (“Potsdam”)

Hücumçular: Luiza Lippmann (“Şverin”), Lena Stiqrot (“Rote Raben”), Maren Fromm (“Çanakkale”, Türkiyə), Jennifer Qirties (“Şverin”), Yana-Fransiska Poll (“Piraus”, Almaniya), Tanya Qrosser (“Viesbaden”)

Liberolar: Lenka Dürr (“Tarqovitse”, Rumıniya), Anna Poqani (“Pfeffingen”, İsveçrə)

 

Qeyd edək ki, Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avro-2017 sentyabrın 22-də başlayacaq.