[b]Azərbaycan – İsveçrə: Kim neçə xal topladı?[/b]
20.05.2016 - 18:43
Kişi voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan – İsveçrə oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələrinin 0:3 hesabı uduzduğu qarşılaşmanın qəhrəmanı Sebastyan Steyqmeyer olub.
İsveçrəli hücumçu komandasına 20 xal qazandırıb. Yığmamızın heyətində isə Rəsul İbrahimov məhsuldar olub. Onun 15 zərbəsi millimizə xal gətirib.
Digər voleybolçularımıza gəlincə, Vüqar Bayramov 11, Pərviz Səmədov 9, Dmitri Obodnikov 8 və Elmin Alışanov 6 xal toplayıb.
- Millimizdə baş məşqçi dəyişikliyi - RƏSMİ
- Millimiz Avropa Liqasına hazırlıqlara start verib
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Avropa Liqasının hazırlığına başlayıb
- 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışı başlayıb
- AVF-in rəsmisi Çempionlar Liqasının "Dördlər Finalı"nda
0
0