[b]Azərbaycan çempionatının TƏQVİMi açıqlandı[/b]
31.10.2016 - 12:43
[b]Azərbaycan çempionatının TƏQVİMi açıqlandı[/b]

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk dövrəsinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 3-də Naxçıvanda start götürəcək Yüksək Liqanın ilk 5 turunun başlama günü və saatı dəqiqləşib.

 

Belə ki, 2016/2017 mövsümünə “Nəqliyyatçı” - “Lokomotiv” görüşü ilə start veriləcək. Ardınca açılış mərasimi baş tutacaq. Olimpiya İdman Kompleksində baş tutacaq ilk günün digər matçlarında “Naxçıvan” “Sumqayıt”ı, “Neftçi” MOİK-i sınağa çəkəcək.

 

Dövrəyə noyabrın 7-də yekun vurulacaq. Son qarşılaşmada ev sahibləri “Neftçi” ilə gücünü yoxlayacaq.

 

Qeyd edək ki, dairəvi sistemlə keçiriləcək yarışda növbəti 2 dövrənin dekabr və fevral aylarında keçirilməsi nəzərdə tutulub. Yekunda ilk “dörd”lük yarımfinalda oynayacaq. Bu mərhələ martda olacaq. Final isə apreldə baş tutacaq.

 

AZƏRBAYCAN  ÇEMPİONATI  2016/2017. YÜKSƏK LİQA.KİŞİLƏR.

 

I dövrənin təqvimi:

03-07 noyabr, Naxçıvan şəhəri

 

Tarix

Saat

Oyunlar

1-ci tur

 

03.11.2016

14.00

Nəqliyyatçı - Lokomotiv

16:00

Açılış mərasimi

16.30

Naxçıvan - Sumqayıt

18:00

Neftçi - MOİK

 

04.11.2016

12:00

Lokomotiv - Naxçıvan

2-ci tur

14:00

Neftçi - Nəqliyyatçı

16.00

Sumqayıt - MOİK

 

05.11.2016

12.00

Sumqayıt - Nəqliyyatçı

3-cü tur

14:00

Naxçıvan - MOİK

16.00

Lokomotiv - Neftçi

 

06.11.2016

12.00

Neftçi - Sumqayıt

4-cü tur

14:00

Nəqliyyatçı - Naxçıvan

16.00

Lokomotiv - MOİK

 

07.11.2016

10:00

Sumqayit - Lokomotiv

5-ci tur

12:00

Nəqliyyatçı - MOİK

14:00

Neftçi - Naxçıvan

 

0