EHF kubokunun I təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycanın qadın həndbolçulardan ibarət “Nur” komandası da ilk oyunlarını keçirib.
Debüt matçında İsveçin “Lugi” komandası ilə qarşılaşan Mingəçevir təmsilçisi 2 görüşün nəticəsinə əsasən mərhələ adlayıb.
Belə ki, Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan birinci görüşdə qalib müəyyənləşməyib. Hər komanda 24 dəfə fərqlənib. İkinci oyunda isə Valeri Qonçarın rəhbərlik etdiyi rusiyalılardan ibarət “Nur” qələbə qazanmağı bacarıb. Azərbaycan çempionu 29:27 hesabı ilə qalib gəlib.
EHF kuboku, I təsnifat mərhələsi
İlk oyun
“Nur” (Azərbaycan) - “Lugi” (İsveç) – 24:24 (10:11)
İkinci oyun
“Lugi” (İsveç) - “Nur” (Azərbaycan) – 27:29 (10:16)