[b]Azərbaycanlı hakim avrokuboklara təyinat aldı[/b]
03.01.2016 - 00:39
[b]Azərbaycanlı hakim avrokuboklara təyinat aldı[/b]

Beynəlxalq dərəcəli azərbaycanlı voleybol hakimi Konstantin Selin növbəti Avrokubok matçına təyinat alıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz qadınlar arasında “Çelenc Kuboku”nun 1/8 final mərhələsinin oyununu idarə edəcək.

 

Vladimir Kukaşinau ilə birlikdə meydana çıxacaq referi “Hapoel KFAR SABA” – “AESCH Pfeffingen” matçına təyin olunub.

 

Matç 21 yanvar tarixində İsraildə oynanılacaq.

0