[b]Azərbaycanlı məşqçi İsrail klubunda[/b]
25.02.2017 - 10:23
[b]Azərbaycanlı məşqçi İsrail klubunda[/b]

Azərbaycan milli komandalarında və klublarında çalışmış Aleksandr Çervyakovun yeni iş yeri məlum olub. Apasport.az saytının məlumatına görə, azərbaycanlı mütəxəssis İsrailin “Makkabi” klubuna baş məşqçi təyin edilib.

 

Çervyakovun çalışdıracağı Hayfa təmsilçisi son İsrail çempionudu. 59 yaşlı mütəxəssis yeni komandası ilə mövsümün sonunadək müqavilə imzalayıb.

 

Qeyd edək ki, Çervyakov karyerasında ilk dəfə Azərbaycandan kənarda çalışacaq. Bunadək isə çalışdırıcı “Azərreyl”, “Azəryol”, “Lokomotiv”, həmçinin əsas və digər yığmalarınızda həm baş, həm köməkçi məşqçi olub.