Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsinin ikinci oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, "Sərhədçi" Olimpiya İdman Mərkəzinin meydanına də baş tutan qarşılaşmalardan sonra finalçılar bəlli olub.
Belə ki, öncə “Sərhədçi” “Neftçi” üzərində 2-ci qələbəsini qazanıb. 3 setdə qalib gələn “Sərhədçi” bununla da finala yüksəlib.
“Lokomotiv”lə MOİK-in görüşü isə 4 set davam edib. Sensasiyaya imkan verməyən “dəmiryolçular” finala yüksəlib.
Beləliklə, Azərbaycan çempionu adı uğrunda final matçlarında “Sərhədçi” və “Lokomotiv” üz-üzə gələcək. “Neftçi” və MOİK isə bürünc medallar uğrunda mübarizə aparacaq.
Pley-off mərhələsi
İkinci oyunlar
16 aprel
MOİK – “Lokomotiv” - 1:3 (23:25, 22:25, 25:22, 13:25)
"Sərhədçi" Olimpiya İdman Mərkəzi
“Neftçi” – “Sərhədçi” - 0:3 (24:26, 25:27, 20:25)
"Sərhədçi" Olimpiya İdman Mərkəzi
İlk oyun: “Sərhədçi” – “Neftçi” - 3:1 (22:25, 25:20, 25:18, 25:22)