[b]Cavid Qurbanov ilk mükafatını aldı - FOTO[/b]
12.10.2016 - 15:03
[b]Cavid Qurbanov ilk mükafatını aldı - FOTO[/b]

Azərbaycan Voleybol Federasiyasına (AVF) yeni prezidentin seçilməsi ilə bağlı keçirilən iclasda maraqlı hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsində baş tutan tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qurumun yeni rəhbəri seçildikdən sonra ilk hədiyyəsini alıb.

 

Belə ki, təbirdə çıxış edən federasiyasının baş katibi Elşən İsmayılov öncə səsvermə ilə seçilən qurum başçısını təbrik edib. O, ardınca Beynəlxalq Voleybol Federasiyası tərəfindən AVF-nin 25 illik fəaliyyəti və uğurlarına görə verilən mükafatı Qurbanova verib.

 

Qeyd edək ki, Qurbanov bu postda Ziya Məmmədovu əvəzləyib. 

0