[b]Çempion yenə uduzdu[/b]
08.10.2016 - 00:15
[b]Çempion yenə uduzdu[/b]

Bursada yerli bələdiyyənin təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Cengiz Göllü turnirində çıxış edən “Azərreyl” üçüncü matçına çıxıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” növbəti dəfə qələbəyə həsrət qalıblar.

 

İlk görüşündə yerli “Bursa Böyükşəhər Bələdiyyəspor”a məğlub olub, ikinci matçda “Proton”a qalib gələn ölkə çempionumuz bu dəfə “Maritza”ya uduzub.

 

Hər üç seti məyus başa vuran təmsilçimiz 22:25, 17:25, 25:27 hesablarına üzülüblər.

0