[b]CEV-in vitse-prezidentləri Azərbaycana gəlir[/b]
07.09.2016 - 12:13
[b]CEV-in vitse-prezidentləri Azərbaycana gəlir[/b]

Avropa Voleybol Konfederasiyasının (CEV) vitse-prezidentləri Renato Arena və Özkan Myutlyugil Bakıya işgüzar səfərə gələcəklər. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, səfərdə məqsəd Avro-2017-yə Gürcüstanla birgə ev sahibliyi edəcək ölkəmizin gördüyü hazırlıq işlərinin gedişi ilə tanışlıqdı.

 

Bu gün paytaxtımızda olacaq qonaqlar 3 gün ərzində Bakıda və Qubada idman obyektlərinə səfər edəcəklər. Onların yekunda federasiya rəsmiləri ilə iclas keçirəcəyi də gözlənilir. Həmçinin yarışın loqosu üçün müsabiqənin elan olması da proqnozlaşdırılır.