[b]Ceyran Əliyeva “Azəryol”dan ayrıldı[/b]
17.09.2016 - 17:43
Azərbaycan millisinin voleybolçusu Ceyran Əliyeva yeni mövsümdə “Azəryol”də oynamayacaq. Apasport.az saytının məlumatına görə, 21 yaşlı libero sabiq komandası – “Azərreyl”in düşərgəsinə qayıdıb.
O, artıq Bakı təmsilçisi ilə danışıqları yekunlaşdıraraq, 1 illik müqaviləyə imza da atıb. Çempionlar Liqasında oynayacaq “dəmiryolçular” Əliyevadan öncə yığmamızın digər üzvü Ayşən Abduləzimovanın da keçidini həll edib.
Qeyd edək ki, Ceyran ötən mövsümün sonunda “Azəryol”a gəlmişdi.
0
0