[b]Çimərlik Voleybolu Federasiyasının taleyi necə olacaq?[/b]
14.10.2016 - 12:34
[b]Çimərlik Voleybolu Federasiyasının taleyi necə olacaq?[/b]

Azərbaycan Çimərlik Federasiyasının rəhbərliyində dəyişiklik edilə bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb bu qurumun prezidenti Cavid Qurbanovun Azərbaycan Voleybol Federasiyasında eyni posta seçilməsidi.

 

Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri hər 2 vəzifəni icra etməsi məsələsi hələlik açıq qalıb. Düzdü, Qurbanov Bakı-2015-dən sonra Çimərlik Federasiyasına ciddi diqqət ayırmırdı. Bu səbəbdən də milliləşdirilmiş braziliyalı legionerlərimiz və məşqçilərimizin işi hələ də məhkəmədədi. Çox güman ki, onlarla bu məsələ həllini tapdıqdan sonra federasiyanın fəaliyyətini davam etdirib və ya etdirməyəcəyinə aydınlıq gələcək. Əvvəlki kimi hər 2 qurumu eyni rəhbərin idarə etməsi də istisna deyil. Çünki Qurbanov bu vəzifəyə seçilənədək hər 2 quruma sabiq prezident Ziya Məmmədov rəhbərlik edirdi.

 

Qeyd edək ki, çimərlik voleybolu üzrə yığmalarımız son illərdə bir sıra nüfuzlu yarışlardan imtina edib. 

0