[b]Dünya çempionatı üçün Bakıya gələcək hakimlər açıqlandı[/b]
24.05.2017 - 14:26
Qadın voleybolçular arasında dünya çempionatının Bakıda keçiriləcək seçmə oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın da yer aldığı E qrupunun qarşılaşmalarında ədaləti qorumaq üçün 6 referi ölkəmizə təşrif buyuracaq.
Bunlar Mixail Temelis (Yunanıstan), Sanya Miklişiç (Sloveniya), Sabine Vitt (Almaniya), Roberto Boris (İtaliya), Bruno Muho (Xorvatiya) və Saşa Stanişiçdi (İsveçrə).
Qeyd edək ki, E qrupunda Azərbaycanla yanaşı, Hollandiya, Danimarka, Ukrayna, Norveç və İsrail milliləri mübarizə aparacaqlar.
0
0