[b]Final mərhələsi 1 dəqiqəlik sükutla başlayacaq[/b]
05.04.2016 - 11:49
[b]Final mərhələsi 1 dəqiqəlik sükutla başlayacaq[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsi 1 dəqiqəlik sükutla başlayacaq. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, Dağlıq Qarabağda gedən döyüşlərdə həlak olan şəhidlərimizin ruhu baş tutacaq görüşlərdən öncə yad ediləcək.

 

Matçın gedişində cəbhədəki vəziyyət barədə də məlumatın veriləcəyi bildirilir.

 

Qeyd edək ki, saat 16:00-da “Azəryol”la “Lokomotiv” bürünc medal uğrunda oynayacaq. Bu qarşılaşmadan 2 saat sonra final mərhələsində “Telekom” “Azərreyl”i sınağa çəkəcək. 

0