[b]Final mərhələsində ikinci oyunların başlama saat dəqiqləşdi[/b]
13.05.2016 - 18:23
[b]Final mərhələsində ikinci oyunların başlama saat dəqiqləşdi[/b]

Kişi basketbolçular arasında Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunlarının başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq qarşılaşmalarda ilk olaraq meydana 3-cü yer uğrunda matçın iştirakçıları "Baku Oilers"lə "Bakı" çıxacaq. Qarşılaşma saat 11:30-da başlanacaq.

 

Ardınca, saat 13:00-da finalçılar – AzTOP – NTD BK oyunu start götürəcək.

 

Qeyd edək ki, ilk görüşdə “Bakı” (104:95) və AzTOP (67:62) qələbə qazanıb.

0