Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakimlərə növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, iki referimiz Çempionlar Liqasının III turu çərçivəsində baş tutacaq matçlarda iş başında olacaq.
C qrupunun hər 2 görüşü həmyerlilərimizə tapşırılıb. Yanvarın 24-də Polşada qadın voleybolçular arasında keçiriləcək “Ximik” – “Maritsa” (Bolqarıstan) oyununda Eldar Əliyev baş hakim funksiyasını yerinə yetirəcək. Ona almaniyalı Sabine Vitte köməklik edəcək.
Eldar Zülfüqarova da əsas hakim olacaq. Təmsilçimiz yığmamızın hücumçusu Natayla Məmmədovanın şərəfini qoruduğu “Dinamo” (Kazan, Rusiya) – “Vizura” (Serbiya) qarşılaşmasını idarə edəcək. Yanvarın 25-də baş tutacaq görüşdə ikinci hakim isə Sanya Mikloşic olacaq.
- “Murov Az Terminal”dan yeni transfer
- Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub