Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında II turun oyunları üçün təyinatlar açıqlanıb. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, baş hakim kimi Etibar Həsənov, Fərid Məmmədov, Ziya Nəsirov və Ramiz Məhərrəmov iş başında olacaqlar.
20 avqust (bazar)
17:00. “Səbail” – “Neftçi”
Hakimlər: Etibar Həsənov, Elnur Ağayev, Cavanşir Yusifov, Alik Yunusov
Hakim-inspektor: Ələddin Ələkbərov
Binə qəsəbə stadionu
20:00. “Qarabağ” – “İnter”
Hakimlər: Fərid Məmmədov, Ruslan Babayev, Cəmil Quliyev, Xalid Quliyev
Hakim-inspektor: İrina İsgəndərova
Zirə İdman Kompleksinin stadionu
21 avqust (bazar ertəsi)
17:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Ziya Nəsirov, Elşad Abdullayev, Aleksandr Musatkin, Vüqar Həsənli
Hakim-inspektor: Əvəz Şıxıyev
Qəbələ şəhər stadionu (ehtiyat meydança)
17:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Ramiz Məhərrəmov, Elçin Əsədov, Samir Ələsov, Vüsal Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
Yevlax şəhər stadionu