[b]Millimiz İtaliyaya tay-brekdə uduzdu[/b]
18.09.2017 - 09:35
Avropa çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Bakıda təlim-məşq toplanışı keçən İtaliya millisi ilə üz-üzə gəlib.
Qarşılaşma qonaqların 3:2 (10:25, 25:15, 19:25, 29:27, 17:15) hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmamızın heyətində Natalya Məmmədova 17 xal toplamaqla, komandamızın ən yaxşısı olub.
0
0