[b]Öncə Belarus, ardınca Azərbaycan[/b]
20.09.2017 - 09:38
Avropa çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi daha 2 yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Belarusla üz-üzə gəliblər.
Hər 2 matçda eyni hesab qeydə alınıb. İlk görüşdə rəqib, ikinci oyunda Azərbaycan 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avro-2017 sentyabrın 22-də start götürəcək.
0
0