Azərbaycan milli komandasının voleybolçusu Polina Rəhimova klubsuz qalıb. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” 28 yaşlı hücumçu ilə müqaviləni yeniləmədiyini rəsmən açıqlayıb.
Müqaviləsi başa çatan 5 oyunçu ilə yollarını ayırmağa qərar verən İstanbul nəhəngi Polinanın xidmətində maraqlı olmayıb. Hücumçunun Türkiyə karyerası bir mövsüm sürüb.
“Fənərbaxça”nın heyətdəki islahatları uğursuz mövsümlə bağlıdı. Belə ki, istanbullular Türkiyə çempionatında yalnız bürünc medal qazanıb. Polina və komanda yoldaşlarının bu medalı isə son 5 mövsümün ən uğursuz nəticəsidi. 2014/15 və 2016/17 mövsümlərində qızıl, 2013/14 və 2015/16 mövsümlərində gümüş əldə edən istanbullular bu dəfə finala həsrət qalıb.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq