[b]Prezident dəyişdi, “Lokomotiv” qayıdır?![/b]
13.10.2016 - 15:34
[b]Prezident dəyişdi, “Lokomotiv” qayıdır?![/b]

“Lokomotiv” klubunun fəaliyyətini davam etdirməsi gündəmə gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, 1 milyon avroya yaxın borcu olan “dəmiryolçular”ın “yaşaması” Azərbaycan Voleybol Federasiyasında (AVF) prezident dəyişikliyi ilə bağlıdı.

 

Belə ki, AVF-nin yeni rəhbəri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olduğundan “Lokomotiv”in “ayaqda durması” üçün addımların atılması gözlənilir. Artıq federasiya əcnəbi oyunçu və məşqçilərə olan borcları bağlamaq üzrədi. Qurbanovun prezident seçilməsi ilə yerli işçilərin də pullarının veriləcəyi bildirilir. Amma son 7 ayın maaşının nə vaxt ödəniləcəyi ilə bağlı dəqiq tarix deyilməyib.

 

Qeyd edək ki, ötən il Super Liqanı 3-cü yerdə bitirən “dəmiryolçular”ın yerli işçilərinə 31 min 450 manat borcu var.