[b]Qələbədə kapitan payı[/b]
08.04.2016 - 09:31
[b]Qələbədə kapitan payı[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinin ikinci oyunu çərçivəsində keçirilən “Lokomotiv” – “Azəryol” görüşünün statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, üçüncü yer uğrunda baş tutan qarşılaşmanın bombardiri Aneta Havlikova olub.

 

“Lokomotiv”in çexiyalı kapitanı komandasının 3:2 hesabı ilə qalib gəlməsində 30 xal dəqiq zərbə ilə fərqlənib. “Azəryol”da isə yığmamızın da şərəfini qoruyan Yekaterina Jidkova məhsuldarlıq nümayiş etdirib. O, Havlikovadan 4 xal az toplayıb.

 

“Lokomotiv”in digər voleybolçularına gəlincə, Sonya Nyukomb 19, Aleksandra Çrnçeviç 16, Berit Kauffeldt 11, Yaroslava Pencova 9 və Özgə Kırdar Cemberçi 1 dəqiq zərbəyə sevinib.

 

Ziya Rəcəbovun komandasında isə Stefanı Niemer 19, Anna Stepanyuk 9, Yelena Parxomenko 8, Malika Kanzonq, Şəfaqət Həbibova və Janell Saykes hərəyə 3 xal toplayıb.

 

Qeyd edək ki, “Lokomotiv” ilk matçda da qalib gəlib (3:0). Komandalar arasında üçüncü oyun sabah olacaq.

 

0