[b]Rəqibimiz Hollandiya ilə bacarmadı[/b]
16.09.2017 - 15:02
[b]Rəqibimiz Hollandiya ilə bacarmadı[/b]

Qadın voleybolçulardan ibarət Polşa millisi yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, Avro-2017-də Azərbaycan millisinin rəqibi Hollandiya ilə üz-üzə gəlib.

 

Görüş “narıncılar”ın qələbəsi ilə yekunlaşıb. Polşalılar 1:3 (20:25, 22:25, 25:21, 18:25) hesabı ilə uduzublar.

 

Qeyd edək ki, Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatında yığmamız və Polşa ilə yanaşı, Almaniya ilə Macarıstan da A qrupunda yer alıb.