[b]Slovakiya – Polşa matçı azərbaycanlı hakimə tapşırıldı[/b]
18.05.2016 - 11:32
[b]Slovakiya – Polşa matçı azərbaycanlı hakimə tapşırıldı[/b]

Voleybol üzrə beynəlxalq dərəcəli hakim Konstantin Selin növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz iyunda start götürəcək Avropa Liqasında 3 oyunu idarə edəcək.

 

Selinin Polşada keçiriləcək I qrupda fit sahibi olacaq. O, iyunun 3-də ev sahibləri ilə Albaniyanın matçında ikinci, bir gün sonra Albaniya – Slovakiya və iyunun 5-də Slovakiya – Polşa qarşılaşmasında əsas hakim funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında II qrupda oynayacaq. 

0