[b]Sloveniya Avropa çempionu oldu[/b]
18.09.2017 - 01:48
[b]Sloveniya Avropa çempionu oldu[/b]

Basketbol üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, İstanbulda keçirilən final matçında Sloveniya ilə Serbiya qarşı-qarşıya gəlib.

 

Görüş Sloveniyanın 93:85 hesablı qələbəsi ilə başa çatıb. Turnir boyunca keçirdiyi bütün oyunlardan qalib ayrılan komanda ilk qitə çempionluğunu qazanıb.

 

Yarışın bürünc medallarını isə Rusiyaya eyni hesabla qalib gələn İspaniya qazandı.

 

Avropa çempionatının ən dəyərli oyunçusu isə NBA-da, “Miami Heat”da çıxış edən Qoran Draqiç seçilib.